Geri

13 Oktyabr 2009-cu il, saat 09:00

Sabirabad rayonunda ümumi sahəsi 98 kv.m. olan birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 11:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Xırdalan şəhərində azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə gərgin psixoloji vəziyyətdə aşkarladıqları körpəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 12:43-də başa çatmışdır;

Sumqayıt şəhərində azyaşlı uşaq mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən həmin mənzilə nərdivanla qalxaraq eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə aşkarladıqları körpəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 13:25-də başa çatmışdır;

Ağdaş rayonunda ümumi sahəsi 216 kv.m. olan birmərtəbəli 4 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 128 kv.m. sahədə yanmışdır. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsindən enərək 7-ci mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuş və giriş qapısını açmışlar. Xilasedicilər mənzildə gərgin psixoloji vəziyyətdə aşkarladıqları körpəni aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 18:11-də başa çatmışdır;

Bakı şəhəri, Sabunçu rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalmışdır. Xilasedicilər beşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsindən enərək 4-cü mərtəbədə yerləşən həmin mənzilə daxil olmuşlar. Onlar xüsusi alət və avadanlıqlar vasitəsilə giriş qapısını açmaqla zərərçəkmişə lazımi köməklik göstərmişlər. Əməliyyat saat 19:41-də başa çatmışdır;

Samux rayonunda ümumi sahəsi 132 kv.m. olan  birmərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 20 kv.m. sahədə yanmışdır. Yanğın saat 22:46-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.