Geri

11 Oktyabr 2009-cu il, saat 09:00

Cəlilabad rayonunda ümumi sahəsi 40 kv.m. olan 2 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə tamamilə yanmışdır. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Yasamal rayonunda, Bakı Metropoliteninin "Nizami" stansiyasında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin müvafiq xilasetmə qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilmiş, aidiyyəti qurumlar məlumatlandırılmışdır. Xilasedicilər həmin vaxt stansiyada və onun ətrafında olan insanları təhlükəsiz məsafəyə uzaqlaşdırmış, daha sonra Nazirliyin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə stansiyada axtarış işləri aparmışlar. Axtarışlar nəticəsində partlayıcı qurğu və şübhəli əşya aşkar edilməmişdir. Əməliyyat saat 20:21-də başa çatmışdır;

Sumqayıt şəhərində 1 nəfər giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmışlar. Mənzilə baxış keçirilən zaman zərərçəkmiş yataqda xəstə vəziyyətdə aşkarlanmışdır. O, xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 21:00-da başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının damından enərək sonuncu mərtəbədə yerləşən həmin mənzilə pəncərədən daxil olmuşlar. Mənzilə baxış keçirilərkən 1939-cu il təvəllüdlü Valentina Buxalina mənzildə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı V.Buxalinanın vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 21:55-də başa çatmışdır;

Bakı şəhəri, Səbail rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin qapısını xüsusi alət və avadanlıqlar vasitəsilə açmış və mənzilə daxil olmuşlar. Zərərçəkmiş xəstə olduğu üçün xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 23:05-də başa çatmışdır;

Bakı şəhəri, Nəsimi rayonunda tikilməkdə olan yüksək mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 110 kv.m. olan 2 otaqlı mənzildə döşəmənin yanar konstruksiyaları 20  kv.m. sahədə yanmışdır. Yanğın saat 02:00-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda 1 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 4-cü mərtəbədə dayanmışdır. Xilasedicilər təhlükəsizlik tələblərinə riayət etməklə liftin qapılarını açmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 03:32-də başa çatmışdır.