Geri

10 Oktyabr 2009-cu il, saat 09:00

Lənkəran rayonunda ümumi sahəsi 4 kv.m. olan maye qazdoldurma köşkünün yanar konstruksiyaları tamamilə yanmışdır. Köşkdə olan qaz balonları yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunmuşdur. Yanğın saat 10:55-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Salyan rayonunda ümumi sahəsi 240 kv.m. olan 1 mərtəbəli 4 otaqlı fərdi yaşayış evində tavanın yanar konstruksiyaları 6 kv.m. sahədə yanmışdır. Yanğın saat 11:07-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bərdə rayonunda ümumi sahəsi 140 kv.m. olan 1 mərtəbəli 6 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları 80 kv.m. sahədə yanmışdır. Yanğın saat 01:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 70 kv.m. olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin mətbəxində ev əşyaları ilə birlikdə 15 kv.m. sahə yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. İlkin ehtimala görə, yanğına məişət qaz balonunun alışması səbəb olmuşdur;

Bakı şəhəri, Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə gəlmiş xilasedicilər 5 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilə eyvandan daxil olmuş və giriş qapısını açmışlar. Mənzilə baxış keçirilərkən 1965-ci il təvəllüdlü Vladimir İvanoviç Kolesnikov mənzildə hərəkətsiz vəziyyətdə aşkarlanmışdır. İlkin müayinə zamanı V.Kolesnikovun vəfat etdiyi müəyyən olunmuşdur. Əməliyyat saat 13:10-da başa çatmışdır;

Bakı şəhəri, Binəqədi rayonunda azyaşlı uşaq giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə qeyd olunan mənzilin qapısını açmış və orada gərgin psixoloji vəziyyətdə aşkarladıqları uşağı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 16:18-də başa çatmışdır;

Bakı şəhəri, Xətai rayonunda 2 nəfər yaşayış binasının liftində köməksiz vəziyyətdə qalmışdır. Hadisə yerinə gəlmiş xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olmuşdur ki, lift texniki nasazlıq səbəbindən 2-ci və 3-cü mərtəbələr arasında dayanmışdır. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə lifti 3-cü mərtəbəyə qaldırmış və gərgin psixoloji vəziyyətdə olan zərərçəkmişlərin liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 17:09-da başa çatmışdır.