Geri

01 Oktyabr 2009-cu il, saat 00:00-dək

Oğuz rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 30 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları tamamilə yanmışdır. Yanğın saat 20:32-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Bakı şəhəri, Nəsimi rayonunda "Hyundai" və "Mercedes-Benz" markalı iki minik avtomobili toqquşmuşdur. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğramış, sürücülər yaralanmışlar. Yaralılar xəstəxanaya çatdırılmışlar. Xilasedicilər hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:42-də başa çatmışdır.

Geri

01 Oktyabr 2009-cu il, saat 19:00-dək

Zaqatala rayonunda yerli şirkətlərdən birinə məxsus, ümumi sahəsi 22 kv.m. olan xidməti otağın çardağının yanar konstruksiyaları 15 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:04-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Şəmkir rayonunda ümumi sahəsi 54 kv.m. olan 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə 40 kv.m. sahədə yanmışdır. Yanğın saat 14:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

1956-cı il təvəllüdlü Nizami Məhəmməd oğlu Həsənov Mingəçevir su anbarının nəzarət olunmayan hissəsində çimərkən batmışdır. N.Həsənovun cəsədi xilasedicilər tərəfindən batdığı yerdən təxminən 20 m aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilmişdır. Əməliyyat saat 16:15-də başa çatmışdır;