Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Qaradağ rayon 127, Sabunçu rayon 307, Səbail rayon 239 nömrəli tam orta məktəblərində və “Meqa Həyat Sığorta” Açıq Səhmdar Cəmiyyətində, Sumqayıt Regional Mərkəzi tərəfindən 1 saylı Sumqayıt Regional “ASAN xidmət” Mərkəzində, Gəncə Regional Mərkəzi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunda və Gəncə şəhər C. Cabbarlı adına 6 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Lənkəran şəhər H.Aslanov adına 3 nömrəli tam orta məktəbində və Cəlilabad şəhər 8 nömrəli Texniki və Humanitar fənlər təmayüllü məktəb-liseydə, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ şəhər Ş.Bulqədirov adına 5 nömrəli tam orta məktəbində və Zaqatala rayon Qaz istismar İdarəsinin Qəbələ qaz istimarı sahəsində, Şimal Regional Mərkəzi tərəfindən Qusar rayonu, Balaqusar kənd tam orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən Ucar rayon Ayaz Əhmədov adına Xələc kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayon Şorəlli kənd tam orta məktəbində, Muğan Regional Mərkəzi tərəfindən Saatlı rayon A.Çaxoyev adına Fətəlikənd kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi “İntihar və intihara cəhd hadisələrin qarşısının alınması” mövzusunda növbəti maarifləndirmə tədbirini keçirib

Fövqəladə Hallar Nazirliyinin Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi tərəfindən Nazirliyin müvafiq əmrinə uyğun olaraq Sumqayıt Regional Mərkəzində növbəti maarifləndirmə tədbiri həyata keçirilib. ...

Ardını oxu