Geri

25 oktyabr 2008-ci il, saat 14:00-dək

09:11. Şirvan şəhərində "MAZ" markalı yük avtomobilinin yanar hissələri yanmışdır. Yanğın sürücü tərəfindən söndürülmüşdür;

09:12. Zaqatala rayonunda istifadə olunmayan kənd məscidində 1 kv.m. sahədə döşəmə yanmışdır. Yanğın yerinin kəşfiyyatı zamanı ruhi xəstə, 1946-cı il təvəllüdlü Əlibəyova Xacey Əlibəy qızının yanmış cəsədi aşkarlanmışdır. Yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

11:45. Biləsuvar rayonunda ümumi sahəsi 70 kv.m. olan evin döşəməsi 2 kv.m. sahədə və qismən xalça yanmışdır. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

Geri

25 oktyabr 2008-ci il, saat 09:00-dək

00:55. Yevlax rayonunda su mühərrikinin təmiri sexinin tavanının yanar konstruksiyaları 4 kv.m. sahədə yanmışdır. Yanğın saat 01:20-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

05:00. Bakı şəhəri, Nəsimi rayonunda ünvanında ümumi sahəsi 70 kv.m. olan mənzilin mətbəxində 6 kv.m. sahədə ev əşyaları yanmışdır. Evdə olan 2 nəfər yanğınsöndürənlər tərəfindən yanğından xilas olunmuşlar. Yanğın saat 05:22-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;

07:39. Bakı şəhəri, Suraxanı rayonunda tol sexinin içərisində 100 ədəd plastik qab və 1 tonluq çəndə qır yanmışdır. Yanğın saat 08:05-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;