Geri

24 oktyabr 2008-ci il, saat 00:00-dək

17:16. Bakı şəhəri, Sabunçu rayonunda köməyə ehtiyacı olan yaşlı qadının olması barədə məlumat daxil olmuşdur. Xilasedicilər 5 mərtəbəli binanın damından 5-ci mərtəbəyə enərək pəncərədən mənzilə daxil olmuşlar. Mənzilə baxış keçirərkən 1930-cu il təvəllüdlü İbrahimova Lətifə Abdulla qızının döşəmədə hərəkətsiz vəziyyətdə olduğunu müşahidə etmişlər. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilən L.İbrahimovanın infarkt keçirdiyi müəyyən olunmuşdur.

19:22. Masallı rayonunda "QAZ-24" markalı minik avtomobilinin elektrik avadanlıqları yanmışdır. Yanğın nəqliyyat vasitəsinin sahibi tərəfindən söndürülmüşdür.

23:25. Cəlilabad rayonunda 2 mərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və eyvanın 63 kv.m. sahədə yanmışdır. Yanğın saat 00:25-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
Geri

24 oktyabr 2008-ci il, saat 09:00-dək

01:15. Bakı şəhəri, Binəqədi rayonunda 9 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin eyvanının altında tikilmiş ümumi sahəsi 7 kv.m. olan köməkçi tikilinin içərisinə yığılmış köhnə geyim əşyaları 2 kv.m. sahədə yanmışdır. Yüksək temperaturdan tikilinin içərisində olan 5 ədəd kondisioner ərimişdir. Yanğın ev sahibi tərəfindən söndürülmüşdür.