Geri

FHN-in regional mərkəzlərində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzlərində Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbirlər keçirilib.

Tədbirlərdə rayon icra hakimiyyətlərinin rəhbər şəxsləri, rayonlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların mülki müdafiə işinə məsul əməkdaşları, məktəblilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Toplantılarda Ümumdünya Mülki Müdafiə Gününün tarixinə qısa ekskurs edilərək bildirilib ki, Təşkilatın yaradıldığı gün hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Diqqətə çatdırılıb ki, Ümummili Lider Heydər Əliyevin xalqın təkidi və tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra 1993-cü ildə Azərbaycan Respublikası bu mötəbər təşkilatın üzvlüyünə qəbul olunub və sözügedən mötəbər beynəlxalq qurumun fəaliyyətinə öz töhfəsini verir.

Tədbirlərdə bildirilib ki, mülki müdafiə işinin təşkili Ulu Öndər Heydər Əliyev tərəfindən daim diqqətdə saxlanılıb. Dahi Liderin mütərəqqi siyasətini uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən əhalinin mühafizəsinin təşkili, fövqəladə hallarla bağlı vətəndaşların hazırlığının təmin edilməsi mülki müdafiə qurumları qarşısında əsas vəzifə kimi qoyulub. Fövqəladə Hallar Nazirliyi bu istiqamətdə üzərinə düşən vəzifələrin icrasını intensiv və sistemli şəkildə icra edir. Nazirlik ölkəmizdə mülki müdafiənin etibarlı təşkilinin yüksək səviyyədə təmin edilməsi məqsədilə mütəmadi olaraq nəzarət və maarifləndirmə tədbirlərini həyata keçirir.

Toplantılarda, həmçinin fövqəladə hallar zamanı davranış, özünə və digərlərinə ilk tibbi yardımın göstərilməsi, mülki müdafiənin mühafizə vasitələrindən istifadə qaydaları izah edilib, kimyəvi zəhərlənmə zonasının lokallaşdırılması, kimyəvi kəşfiyyatın təşkili ilə bağlı görülməli olan işlər haqqında ətraflı məlumatlar verilib, eyni zamanda qəza-xilasetmə və digər təxirəsalınmaz işlər zamanı tətbiq olunan texnika və avadanlıqların funksiyalarıdan danışılıb.

Tədbirlərdə, həmçinin Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında videoçarx nümayiş olunub, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in əməkdaşları idman dırmanması yarışında qızıl medallar qazanıb

21 aprel 2024-cü il tarixində Alpinizm Federasiyasının idman zalında Gənclər və İdman Nazirliyi və Azərbaycan Alpinizm Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında idman dırmanması üzrə yarışlara yekun vurulub.  ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi tərəfindən nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi tərəfindən Kürdəmir rayonunda yerləşən “Şamaxı Dairy Farm” MMC-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi nümunəvi obyekt mülki müdafiə məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi tərəfindən Balakən Rayon Mərkəzi Xəstəxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib. ...

Ardını oxu