Geri

FHN-in Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 32 illiyi ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev, ali təhsil ocağının professor-müəllim heyəti, kursantlar və “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu iştirak ediblər.

Tədbir iştirakçıları, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə Xocalı soyqırımının Azərbaycan xalqının tarixində dərin və ağrılı izlər buraxdığı qeyd olunub və bildirilib ki, erməni-daşnak millətçiləri tərəfindən Xocalıda dinc sakinlərə qarşı həyata keçirilmiş soyqırımı aktı XX əsrin ən böyük cinayətlərindən biridir. Bu cinayətin erməni millətçilərinin Azərbaycan xalqına qarşı reallaşdırdıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğu vurğulanıb, baş vermiş tarixi faciəyə beynəlxalq hüquq müstəvisində qiymət veriləcəyinə əminlik ifadə olunub.

Tədbirdə Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyi qeyd olunub və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, sözügedən qanlı hadisənin soyqırımı kimi tanınması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin titanik fəaliyyətindən bəhs edilib.

Həmçinin, sözügedən dəhşətli cinayət əməli ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun gördüyü ardıcıl və sistemli işlərdən söz açılıb, eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində hər il keçirilən silsilə tədbirlərdən danışılıb.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə şanlı Ordumuzun qəhrəmanlığı nəticəsində Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən danışılıb, ötən il həyata keçirilmiş antiterror tədbirləri nəticəsində bütün ərazilərimizdə, o cümlədən Xocalıda suverenliyimizin tam bərpa olunduğu vurğulanıb.

Sonda Xocalı soyqırımından bəhs edən videoçarx nümayiş olunub.

Digər məlumatlar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

12-14 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib. ...

Ardını oxu

FHN Bakı Avropa Liseyində təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən Bakı Avropa Liseyində fövqəladə hallarla mübarizə mövzusuna dair təlim keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhərində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib. FHN-in baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru......

Ardını oxu