Geri

FHN-in Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib

Fevralın 26-da Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan Respublikasının ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin və Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə çıxış edənlər Xocalı soyqırımının XX əsrin ən böyük faciələrindən biri olduğunu qeyd ediblər. Törədilmiş soyqırımı aktının erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi terror və kütləvi qırğın siyasətinin tərkib hissəsi olduğunu vurğulayaraq, bu faciənin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıblar.

Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Lider Heydər Əliyev tərəfindən verildiyini bildirən natiqlər vurğulayıblar ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində parlaq Qələbə qazanmaqla Xocalı soyqırımı qurbanları və şəhidlərimizin intiqamını alıb.

Tədbirdə Bakı Mühəndislik Universitetinin müəllimi tarix üzrə fəlsəfə doktoru, dosent Bilal Dədəyev “Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayətdir” mövzusunda çıxış edərək soyqırımı ilə bağlı tarixi faktları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Sonda Xocalı soyqırımı haqqında “İnsanlıq utancı Xocalı soyqırımı” adlı sənədli film nümayiş olunub.

Digər məlumatlar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

12-14 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib. ...

Ardını oxu

FHN Bakı Avropa Liseyində təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən Bakı Avropa Liseyində fövqəladə hallarla mübarizə mövzusuna dair təlim keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhərində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib. FHN-in baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru......

Ardını oxu