Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən məktəblilər üçün “açıq qapı” günü keçirilib

Fövqəladə Hallar Nazirliyi İctimaiyyətlə əlaqə idarəsinin təşkilatçılığı ilə məktəblilər üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzində “açıq qapı” günü keçirilib.

Tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına dəstək olmaq, habelə Nazirliyin müvafiq qurumlarının fəaliyyəti ilə onları yerində tanış etmək olub.

Tədbirdə Bakı şəhəri ərazisində fəaliyyət göstərən Bakı Avropa Liseyinin 5-ci sinif şagirdləri, müəllim və valideynlər iştirak ediblər.

Əvvəlcə, Dövlət Yanğından Mühafizə Xidməti Səbail rayon Yanğından Mühafizə Hissəsində olan məktəblilərə yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan zəruri yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Daha sonra məktəblilər FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin “112” Çevik reaksiya idarəsinə səfər edərək, idarənin fəaliyyəti ilə yerində tanış olublar. Məktəblilərə “112” qaynar telefon xəttinin təyinatı, fəaliyyət prinsipləri, qaynar xəttə müraciət üçün əsaslar barədə geniş məlumat verilib. Həmçinin, uşaqlar baş vermiş hadisə barədə qaynar xəttə zəngin daxil olması və hadisə barədə məlumatı qəbul edən əməkdaşın fəaliyyətini real şəraitdə izləyiblər.

Məktəblilərdə dərin təəssürat yaradan “açıq qapı” günündə onları maraqlandıran suallar Nazirliyin mütəxəssisləri tərəfindən ətraflı cavablandırılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən mütəmadi olaraq məktəblilər üçün Nazirliyin müxtəlif qurumlarında “açıq qapı” günləri keçirilir.

Digər məlumatlar

FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar

12-14 aprel 2024-cü il tarixlərində Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib. ...

Ardını oxu

FHN Bakı Avropa Liseyində təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşkilatçılığı, Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və İctimaiyyətlə əlaqə idarəsinin dəstəyi ilə paytaxtın Xətai rayonu ərazisində yerləşən Bakı Avropa Liseyində fövqəladə hallarla mübarizə mövzusuna dair təlim keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi Şirvan şəhərində yanğın-taktiki təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin təşkilatçılığı, Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) və Muğan Regional Mərkəzinin qüvvələrinin iştirakı ilə Şirvan şəhərində yerləşən Sumqayıt Meliorasiya İdarəsinin Şirvan Mexaniki Təmir sahəsində yanğın-taktiki təlim keçirilib. FHN-in baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, DYMX-nin rəisi daxili xidmət general-mayoru......

Ardını oxu