Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
 
Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Xəzər rayonu Ə.Quliyev adına 121 saylı və Pirallahı rayonu N.S.Teymurov adına 231 saylı tam orta məktəblərində, 4 saylı Bakı Peşə liseyində və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər Səid Rüstəmov adına 3 saylı Uşaq İncəsənət Məktəbi və 9 saylı tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Bakı Dövlət Universitetinin Qazax filialında, Gəncə şəhəri Ş.İ.Xətai adına 13 saylı tam və Samux rayonu Burunqovaq kənd ümumi orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Yardımlı şəhəri V.M.Nəciyev adına 4 saylı tam orta məktəbində və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının N saylı hərbi hissəsində, Aran Regional Mərkəzi tərəfindən Yevlax rayonu Tanrıqulular kənd tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayonu Şərəfxanlı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Quba rayonu Qəçrəş kənd və Zərdabi qəsəbə tam orta məktəblərində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Zaqatala rayonu Maqov və Yolayrıc kənd tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirilib.
 
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
 
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

Digər məlumatlar

FHN-in psixoloqları tərəfindən prokurorluq əməkdaşları üçün təlim keçirilib

Respublika Baş Prokurorluğunun müraciəti və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda prokurorluq əməkdaşları üçün distant formada birgə təlim keçirilib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Qaradağ rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...

Ardını oxu