Geri

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları üçün Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib

Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin şəxsi heyəti üçün “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzdə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən eksponatlarla tanış olan əməkdaşlar “dəyirmi masa” ətrafında fikir mübadiləsi aparıblar. Çıxış edənlər Ümummilli Liderin mənalı həyat və fəaliyyətindən, Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs ediblər.

Çıxışlarda Ulu Öndərin mütərəqqi siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi tarixi nailiyyətlərdən də danışılıb.

Tədbirin sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu