Fövqəladə Hallar Nazirliyinin dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə paytaxtın 20 nömrəli orta məktəbində Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları üçün fövqəladə hallarla bağlı davranış qaydaları barədə məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin maarifləndirilməsinin təşkili məsələlərinə dair tədbir keçirilib.
Tədbirdə əvvəlcə Dövlət himni səsləndirilib, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fövqəladə Hallar və Elm və Təhsil nazirliklərinin nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktorları və digər qonaqlar iştirak edib.
Tədbirin keçirilməsində məqsəd məktəblərdə təhsil alan uşaq və yeniyetmələrin təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirilməsi ilə əlaqədar qarşıda duran məsələlər və onların həlli yollarının müzakirəsi, bu istiqamətdə səmərəli işin qurulması üçün metodiki köməkliyin göstərilməsi olub.
Çıxış edənlər tədbirin əhəmiyyətini qeyd edərək, bu kimi müzakirələrin mütəmadi təşkil olunmasının faydasını vurğulayıblar.
Sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən fövqəladə hallarla bağlı zəruri davranış qaydaları, habelə məktəblərdə maarifləndirmə işinin təşkili ilə əlaqədar geniş məlumat verilib. Mövzuya dair videoçarxların müşayiəti ilə interkativ formada keçirilən tədbirdə suallar ətraflı cavablandırılıb.
Respublika Baş Prokurorluğunun müraciəti və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda prokurorluq əməkdaşları üçün distant formada birgə təlim keçirilib. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin təşəbbüsü ilə Qaradağ Rayon İcra Hakimiyyətində “Qaradağ rayonunda 2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” və “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda müşavirə......
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir. ...
Ardını oxu