Geri

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasında keçirilən təlimdə iştirak ediblər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər.

Təlim proqramının təşkilində məqsəd müxtəlif xarakterli fövqəladə hadisələr zamanı idarəetmə qərarlarının qəbulu və icrasının təşkili, qəbul olunmuş planların reallaşdırılması, yaranmış əməliyyat şəraitinin təhlili və fövqəladə hallarla mübarizə üzrə digər istiqamətlər barədə təcrübə mübadiləsinin aparılmasından ibarət olub.

Təlim iştirakçılarına yuxarıda göstərilən istiqamətlər üzrə mühazirələr keçirilib, həmçinin Koreya Geoloji və Mineral Ehtiyatlar İnstitutunun nəzdində Zəlzələ araşdırma mərkəzi və Koreya Su Resursları Korporasiyasına səfərlər təşkil edilib, qurumların fəaliyyəti barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, təlim proqramını müvəffəqiyyətlə başa vurmuş iştirakçılara təşkilatçılar tərəfindən sertifikatlar təqdim olunub.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Qax şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu