Geri

FHN-in Muğan Regional Mərkəzi mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib.

Kurslara 1400-ə yaxın müəllim cəlb olunub.

Kurslarda FHN-in Muğan Regional Mərkəzinin və digər yerli qurumlarının, Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadalarının, regionda fəaliyyət göstərən rayonların təhsil sektorlarının əməkdaşları iştirak edib.

Tədbirlərin keçirilməsində məqsəd məktəblərdə mülki müdafiəni tədris edən sinif rəhbərlərinin bu sahə üzrə bilik və bacarıqlarının artırılması olub.

Kurslarda iştirak edən dinləyicilərə fərdi mühafizə vasitələrindən istifadə, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, təxliyə planlarının hazırlanması qaydaları, mülki müdafiə, yanğın və texniki təhlükəsizlik tədbirləri haqqında ətraflı məlumatlar verilib, mövzularla bağlı hazırlanmış fotoslayd və videoçarxlar nümayiş olunub.

Kurslarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan insan – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu