Geri

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, intensiv yağan yağışlar nəticəsində Astara və Lənkəran rayonlarının subasmaya məruz qalmış ərazilərində Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Belə ki, Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalan ümumilikdə 38 vətəndaş xilasedicilər tərəfindən təxliyə edilib, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hazırda Astara rayonu, Ərçivan qəsəbəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrindən suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir. Bundan əlavə, Lənkəran rayonunda təhlükəsizliyin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ərazidə xidmət aparır.



Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan insan – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu