Geri

Ölkədə müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Ötən gündən başlayaraq ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub, ayrı-ayrı yerlərdə intensiv yağışlar yağıb, bəzi çaylardan sel keçib.

Qeyri-sabit hava şəraitinin hazırda davam etməsi ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət edilməsinə çağırır.

Belə ki, mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan insan – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu