Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir.
Belə ki, keçirilən nəzarət tədbirləri çərçivəsində Bakı şəhəri, Nərimanov rayonu, S.Rəhimov küçəsi, B78 ünvanında fəaliyyət göstərən “RONDENT” MMC-yə məxsus stomatoloji klinikada ionlaşdırıcı şüalanma mənbələri ilə əlaqədar fəaliyyət zamanı radiasiya təhlükəsizliyinin pozulması hallarının aradan qaldırılmadığı və ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların istismarına verilmiş “xüsusi icazə”nin qüvvədə olma müddətinin bitdiyi müəyyən edilib.
Agentlik tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq görülmüş tədbirlər nəticəsində yuxarıda göstərilən tibb müəssisəsində rentgen kabinetinin fəaliyyəti dayandırılıb.
Sentyabrın 27-də Anım Günü münasibətilə Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin əməkdaşları Bakıda inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyinin Akademiyası və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə 27 sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib. ...
Ardını oxuAzərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. ...
Ardını oxu