Avropa İttifaqının Kimyəvi, Bioloji, Radioloji və Nüvə (KBRN) Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin nümayəndə heyəti ölkəmizdə səfərdə olub.
Nümayəndə heyəti səfər çərçivəsində Fövqəladə Hallar Nazirliyində aidiyyəti ekspertlərin iştirakı ilə görüş keçiriblər. Görüşdə adı çəkilən qurum tərəfindən həyata keçirilən və Fövqəladə Hallar Nazirliyinin də iştirak etdiyi layihələrlə bağlı fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Səfər çərçivəsində FHN-in və KBRN Risklərinin Azaldılması üzrə Qabaqcıl Təcrübə Mərkəzləri Təşəbbüsünün Cənub-şərqi və Şərqi Avropa katibliyinin birgə təşkilatçılığı ilə seminar keçirilib.
Seminarda Fövqəladə Hallar, Xarici İşlər, Müdafiə, Daxili İşlər, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirliklərinin, Baş Prokurorluq, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, TƏBİB və Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri iştirak ediblər.
Tədbirdə ölkəmizin sözügedən təşəbbüs çərçivəsində qoşulduğu regional layihələrin gedişatı, icra vəziyyəti və əldə olunmuş nəticələrdən bəhs edilib, eyni zamanda KBRN ilə bağlı risklərin azaldılması sahəsində milli səviyyədə ehtiyacların qiymətləndirilməsi, daimi əsasda müvafiq tərəfdaşlardan ibarət milli komandanın yaradılması, milli fəaliyyət planının hazırlanması ilə bağlı məsələlərə dair müzakirələr aparılıb.
Seminarda, həmçinin Cənub-şərqi və Şərqi Avropa katibliyinin regional koordinatoru Talqat Tolubayev və baş eksperti Jumber Mamasakhlisinin təqdimatları dinlənilib. Təqdimatlar zamanı həyata keçirilməsi planlaşdırılan regional layihələr, eyni zamanda Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), təcrübəli beynəlxalq ekspertlər, o cümlədən Cənub-şərqi və Şərqi Avropa regionundan olan ekspertlərin birgə tərəfdaşlığı ilə BMT-nin Regionlararası Cinayət və Ədliyyə üzrə Tədqiqat İnstitutu tərəfindən hazırlanmış Kimyəvi və Bioloji Cinayətlər üzrə Prokurorun Bələdçisi (təlimat) sənədi barədə ətraflı məlumat verilib, sözügedən təlimat sənədlərinin radioloji və nüvə cinayətləri üzrə də hazırlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Daha sonra icrası yekunlaşmış “KBRN tullantılarının idarəedilməsi bacarıqlarının gücləndirilməsi” adlı P67 nömrəli regional layihədən əldə olunmuş nəticələr, görüləcək işlər, o cümlədən hazırda icra olunan “Cənub-şərqi və Şərqi Avropa ölkələrində KBRN hadisələri zamanı tibbi hazırlıq və cavab tədbirləri imkanlarının gücləndirilməsi” adlı P88 nömrəli regional layihənin gedişatı barədə fikir mübadiləsi aparılıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub....
Ardını oxuXankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın və partlayış hadisəsi ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyi tərəfindən axtarış-xilasetmə əməliyyatı sona çatdırılıb. ...
Ardını oxuFövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin şəxsi heyəti üçün “Heydər Əliyev İli” çərçivəsində Gəncə şəhərində yerləşən Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub. ...
Ardını oxu