Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi – idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi – idarəçilik və varislik fəlsəfəsinin təbliği” mövzusunda tədbir keçirilib.

Tədbirdə Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti, Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, Nazirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş kitab və jurnallardan ibarət sərgi ilə, həmçinin Milli Məclisin komitə sədri Sadiq Qurbanovun “Zamana sığmayan Lider” adlı kitabı ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə FHN-in İctimaiyyətlə əlaqə idarəsinin hazırladığı ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra tədbirdə çıxış edən fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edib, dövlətimizin qurulması və güclənməsi istiqamətində titanik fəaliyyətindən danışıb. O, FHN tərəfindən “Heydər Əliyev İli” çərçivəsində silsilə tədbirlərin keçirildiyini xatırladaraq Akademiyada təşkil olunmuş bu tədbirin də gənc zabit və kursant heyətinin Ulu Öndərin misilsiz irsi ilə bağlı biliklərinin daha da zənginləşməsinə öz töhfəsini verəcəyinə əmin olduğunu bildirib.

E.Mirzəyev qeyd edib ki, ümummilli lider Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı inkişaf yolunda inamla irəliləyən güclü Azərbaycan dövləti Ulu Öndərin həyat amalının təntənəsi, şah əsəridir. Biz çox xoşbəxtik ki, dünya şöhrətli siyasətçi, tarixi şəxsiyyət Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycan dövlətinin vətəndaşlarıyıq. Heydər Əliyev siyasətinin mahir davamçısı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə böyük uğurlara imza atan Azərbaycan bu gün dünya miqyasında sayılıb seçilən dövlətlər sırasında özünəməxsus yer tutur.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, komitə sədri, “Zamana sığmayan Lider” kitabının müəllifi Sadiq Qurbanov Dahi Rəhbəri “Adi insanlar kimi zamanın diqtəsi ilə hərəkət edən deyil, zamana diqtə edən Lider” adlandıraraq Ulu Öndərin nümunəvi həyat və fəaliyyətinə tarixi ekskurs edib, onun yüksək şəxsi keyfiyyətlərindən və bənzərsiz liderlik bacarıqlarından söz açıb. Milli Məclisin deputatı tədbir iştirakçılarına Ulu Öndərin xalqın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətindən ətraflı danışıb, onun Vətən qarşısındakı misilsiz xidmətlərini konkret tarixi faktlarla əsaslandırıb. Natiq Ümummilli Liderin yorulmaz və titanik fəaliyyətinin Azərbaycan üçün əhəmiyyətinin bugünkü və gələcək nəsillər tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.

Tədbirdə digər çıxış edənlər də Ümummili Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.

Tədbirin sonunda Milli Məclisin komitə sədri Sadiq Qurbanov müəllifi olduğu “Zamana sığmayan Lider” kitabı ilə bağlı sualları cavablandırıb.

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu