Geri

FHN Mətbuat xidmətinin məlumatı (foto)

Respublikanın qərb bölgəsinə yağan intensiv yağışlar bir sıra fəsadlara yol açıb.

Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Göygöl rayonu, Topalhəsənli kəndi ərazisində güclü yağış səbəbindən yaranan sel axınında 2 nəfərin itkin düşməsi, bəzi ərazilərə yağış sularının dolması, qaz və elektrik xətlərinə ziyan dəyməsi barədə məlumat daxil olub.

Hadisə ilə əlaqədar dərhal Nazirliyin Gəncə Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb.

Həyata keçirilmiş axtarış-xilasetmə əməliyyatı nəticəsində xilasedicilər tərəfindən 1954-cü il təvəllüdlü Hüseynov Muxtar Hüseyn oğlu və 2001-ci il təvəllüdlü Qurbanov İbrahim Rahib oglunun cəsədləri Gəncə çayının Gəncə şəhərindən keçən hissəsində sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bundan əlavə, FHN-in qüvvələri tərəfindən subasma ilə əlaqədar 3 nəfərə ilkin yardım göstərilib, vətəndaşlara məxsus iki minik avtomobili daşqın zonasından çıxarılıb, sıradan çıxmış qaz və elektrik xətləri kəsilərək ərazidən kənarlaşdırılıb.

Hazırda Nazirliyin Gəncə Regional Mərkəzi və Mülki müdafiə qoşunlarının qüvvələri tərəfindən intensiv yağışlar səbəbindən Gəncə şəhərində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu