Geri

Nazir Kəmaləddin Heydərov FHN-in Akademiyasında kurs keçmiş qətərli zabitlərə sertifikatlar təqdim edib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN-in Akademiyasında ixtisasartırma kursunda iştirak etmiş Qətər Dövlətindən olan bir qrup zabit heyəti ilə görüşüb. Tədbirdə, həmçinin Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da iştirak edib.

Qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.

Azərbaycan ilə Qətər arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkə liderlərinin müdrik uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir həmsədri olduğu Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə məlumat verib.

Digər sahələrdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan nazir 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini qeyd edib. Bu çərçivədə, Qətər Dövlətindən olan bir qrup zabitin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisasartırma kursunda iştirakının əlaqələrin genişlənməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Nazir kursu müvəffəqiyyətlə başa vurmuş zabitləri təbrik edib, Akademiyada aldıqları biliklərin onların peşəkar fəaliyyətində faydalı olacağına əminliyini ifadə edib.

Səmimi görüşə görə təşəkkür edən Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu, bu çərçivədə fövqəladə halların idarə edilməsi üzrə ölkələrimizin uyğun qurumlarının əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Səfir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə, xüsusilə Türkiyədəki dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Səfir qətərli zabitlərin FHN-in Akademiyasındakı ixtisasartırma kursunda zəngin biliklərə yiyələndiklərinə əmin olduğunu, belə imkanın yaradılmasına görə təşəkkürünü bildirib.

Sonra nazir K.Heydərov “Fövqəladə halların idarə edilməsi” mövzusunda beynəlxalq kursu müvəffəqiyyətlə başa vurmuş qətərli zabitlərə sertifikatları təqdim edib.

Sonda xatirə şəkli çəkdirilib.

 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu