Geri

FHN-in Tibb Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə FHN-in Tibb Xidmətinin və Tibb Mərkəzinin şəxsi heyəti iştirak edib.

Tədbirdə, əvvəlcə Dövlət himni səsləndirilib, ulu öndər Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb, bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Tibb Mərkəzinin rəisi tibb xidməti polkovniki Xanım Sofiyeva ümummill lider Heydər Əliyevin xalqımız və Vətənimiz qarşısındakı misilsiz xidmətlərindən danışıb, Dahi Rəhbərin qüdrətli Azərbaycan dövlətinin yaradılması və daim gücləndirilməsi, respublikamızın dünya birliyində layiqli yer tutması, vətəndaşların rifahı naminə yorulmaz fəaliyyətindən bəhs edib. Mərkəz rəisi vurğulayıb ki, Azərbaycan vətəndaşlarının təhlükəsizliyi, o cümlədən sağlamlığının təmin edilməsi Ulu Öndərin daim diqqətdə saxladığı məsələlərdən olub. Ümummilli Lider səhiyyənin inkişafına daim xüsusi qayğı ilə yanaşaraq onun maddi-texniki və kadr potensialının gücləndirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması üçün ciddi tədbirlər həyata keçirib.

 “Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyətində tibb sahəsinə də xüsusi diqqət yetirilir”, - deyə sözünə davam edən Xanım Sofiyeva qeyd edib ki, bu gün Azərbaycan səhiyyəsi özünün yüksəliş dövrünü yaşayır. Müasir tələblərə cavab verən yeni-yeni səhiyyə ocaqları istifadəyə verilir, kadrların peşəkarlığının artırılması istiqamətində ciddi addımlar atılır. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sisteminin inkişafı naminə reallaşdırdığı layihələr Azərbaycan cəmiyyəti tərəfindən rəğbətlə qarşılanır.

Tədbirdə digər çıxış edənlər də ümummilli lider Heydər Əliyevin əhalinin sağlamlığının mühafizəsi, xalqın genofondunun qorunması istiqamətində həyata keçirdiyi mütərəqqi islahatların əhəmiyyətindən danışıblar. 

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu