Geri

FHN-in regional mərkəzlərində silsilə mülki müdafiə kursları keçirilib

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri tərəfindən “2023-cü il üçün Mülki müdafiə kurslarının dinləyicilərlə komplektləşdirmə planları”na əsasən ötən həftə ərzində silsilə mülki müdafiə kursları keçirilib.
Belə ki, Cənub Regional Mərkəzi tərəfindən “İctimai təhlükəsizliyin mühafizəsi manqalarının komandirləri”, Şimal-qərb Regional Mərkəzi tərəfindən “Xilasetmə manqa komandirləri”, Muğan Regional Mərkəzi tərəfindən “Kəşfiyyat manqalarının komandirləri”, Aran Regional Mərkəzi tərəfindən isə “Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbərləri” kateqoriyaları üzrə mülki müdafiə kursları keçirilib.


Kursların keçirilməsində əsas məqsəd fövqəladə hadisələrdən mühafizə sahəsində maarifləndirmə işinin aparılması, ilkin yanğınsöndürmə alət və avadanlıqlarından, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə qaydalarının öyrədilməsi, eləcə də kurs iştirakçılarının mülki müdafiə qüvvə və vasitələrinin idarə olunması üzrə bacarıqlarının təkmilləşdirilməsi olub.


Kurslarda kollektiv mühafizə vasitələrindən istifadə, təxliyə planlarının düzgün hazırlanması, təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış, xilasetmə alət və avadanlıqlardan istifadə qaydaları izah edilib, həmçinin mövzulara aid fotoslayd və videoçarxlar nümayiş etdirilib.


Kursların yüksək səviyyədə keçirilməsi üçün FHN-in digər qurumlarının yerli struktur bölmələrinin əməkdaşları da tədris prosesində iştirak ediblər.
Sonda kursları müvəffəqiyyətlə başa vurmuş dinləyicilərə şəhadətnamələr təqdim edilib.

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu