Geri

Rentgen müayinələri ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti (video)

Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi səlahiyyətlərinə uyğun olaraq ölkədə nüvə və radioloji fəaliyyət sahəsində təhlükəsizliyin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirir. 
 
Bu çərçivədə keçirilən tədbirlər zamanı bəzi tibb müəssisələrində rentgen müayinələrinin zəruri təhlükəsizlik tələbləri təmin edildikdən sonra verilən “xüsusi icazə” olmadan həyata keçirildiyi müəyyən edilib. Bu isə ciddi pozuntu olmaqla, insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir. Agentlik tərəfindən pozuntular aşkar olunmuş belə müəssisələr barəsində qanunvericiliyə uyğun sərt tədbirlərin görülməsi təmin edilir. 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, həyat və sağlamlığa yaratdığı təhlükə nəzərə alınaraq rentgen müayinələri üçün yalnız “xüsusi icazə”si olan tibb müəssisələrinə müraciət edilməsini və “xüsusi icazə” olmadan fəaliyyət göstərən müəssisələr aşkar edildikdə Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verilməsini tövsiyə edir. Rentgen və kompüter-tomoqrafiya müayinələri ilə bağlı “xüsusi icazə”si olan müəssisələrin daim yenilənən siyahısı ilə Fövqəladə Hallar Nazirliyinin rəsmi internet portalında (https://www.fhn.gov.az/index.php?aze/news/xeber/1/1/1/1000) tanış olmaq mümkündür.

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu