Geri

FHN yanında İctimai şuraya seçkilərin keçirilməsi tarixi və seçkilərdə iştirak edəcək vətəndaş cəmiyyəti institutlarının təmsilçilərinin qeydiyyatı barədə E L A N

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarına uyğun olaraq, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuraya seçkilər 23 may 2023-cü il tarixində saat 11:00-da FHN-in Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, 66 ünvanında yerləşən inzibati binasının akt zalında keçiriləcəkdir.

Seçkilərdə təmsilçilərinin seçici kimi iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları 13 may 2023-ci il tarixinədək həmin şəxslər barədə zəruri məlumatları (vətəndaş cəmiyyəti institutunun təmsilçisinin qeydiyyata alınması üçün müraciəti, şəxsiyyət vəsiqəsinin surəti, vətəndaş cəmiyyəti institutunun dövlət qeydiyyatını təsdiq edən sənədin surəti) elektron formada farid.gurbanli@fhn.gov.az e-mail ünvanına göndərməlidirlər.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi yanında yaradılacaq İctimai şuranın üzvlüyünə namizədlərin siyahısı

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə kursları keçirib

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Mərkəzin əhatə etdiyi ərazi üzrə şəhər və rayon ümumtəhsil orta məktəblərinin və onlara bərabər tutulan təhsil müəssisələrinin mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün kurslar keçirilib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Tarix yaradan insan – Heydər Əliyev” mövzusunda tədbir keçirilib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu