Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Heydər Əliyev Mərkəzində olublar

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Aqşin Kazımovun rəhbərliyi ilə Xidmətin əməkdaşlarından ibarət növbəti qrupun Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunub.

“Heydər Əliyev İli” çərçivəsində təşkil edilmiş ekskursiyada əməkdaşlara Mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

Ekskursiya zamanı əməkdaşlar Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ziyarətçilər orada Ümummilli Liderin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla, Ulu Öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə

tanış olublar.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

Novruz çərşənbələrində yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

Qarşıdan gələn və xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarında bir sıra mərasimlərin təşkili, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması sonda acı fəsadlara yol açır. ...

Ardını oxu

FHN-in regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü anılıb

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib. ...

Ardını oxu