Geri

FHN-in psixoloqları tərəfindən prokurorluq əməkdaşları üçün təlim keçirilib

Respublika Baş Prokurorluğunun müraciəti və Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə “Müraciətlərə baxılması və vətəndaşların qəbulu işinin təşkilinin aktual problemləri” mövzusunda prokurorluq əməkdaşları üçün distant formada birgə təlim keçirilib.

Təlimə Baş Prokurorluq, Hərbi Prokurorluq, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının, eləcə də digər şəhər və rayon prokurorluqlarının ümumilikdə 135 əməkdaşı distant formatda dinləyici qismində cəlb olunub.

Tədbirdə bir sıra dövlət qurumları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri təlimçi qismində iştirak ediblər.

Təlimdə FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin psixoloqu Sona Məmmədova və Tibb Xidmətinin Tibb mərkəzinin psixoloqu Davud Sultanov “Xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri” mövzusunda və “Vətəndaşların qəbulu zamanı yaranan riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri” mövzusunda çıxış ediblər. FHN əməkdaşları dinləyicilərə fotoslaydların müşayiəti ilə xüsusi riskli vəziyyətlərdə vətəndaş qəbulunun psixoloji aspektləri, baş verə biləcək riskli hadisələr üzrə dövlət qulluqçusunun hərəkətləri, o cümlədən intihara meylli davranışların qarşısının alınmasına dair faydalı məlumatlar veriblər.

Təlimdə mövzular ətrafında geniş müzakirələr aparılıb.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti və 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarında azyaşlıların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, Qaçaq Nəbi küçəsində sursat aşkar edilməsi barədə məlumat daxil olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (foto)

  Xəbər verildiyi kimi, Abşeron rayonu, Saray qəsəbəsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu