Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Belə ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Nəsimi rayonu 35 nömrəli tam orta məktəbində və Qaradağ rayonu 333 nömrəli uşaq bağçasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Xırdalan şəhər 23 nömrəli Körpələr evi-uşaq bağçasında, Muğan Regional Mərkəzi tərəfindən Sabirabad rayon 6 nömrəli tam orta məktəbində, Cənub Regional Mərkəzi tərəfindən Cəlilabad şəhər Ş.İ.Xətai adına 4 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Ağdam rayonu, Əhmədağalı kənd tam orta məktəbində, Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayon Z.Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi tərəfindən Xaçmaz rayonu, Mehrəliqışlaq kənd ümumi orta məktəbində, Aran Regional Mərkəzi tərəfindən isə Mingəçevir şəhər 3 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu