Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti “Heydər Əliyev İli” çərçivəsində daha bir ağacəkmə aksiyası keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) təşkilatçılığı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsindəki şəhid Ramiz Aboyev adına parkda “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, FHN DYNX-nin rəis müavini daxili xidmət polkovniki Səyavuş Qasımov, Xidmətin əməkdaşları və rayonda fəaliyyət göstərən bir sıra idarə va təşkilatların işçiləri iştirak ediblər.

Aksiyanın keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyada 100-dən artıq müxtəlif növ ağac əkilib.

 

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

  26 dekabr 2023-cü il tarixində İmişli rayonu, Qaragüvəndikli kəndində, Boztəpə kanalında batması ehtimal olunan 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən intensiv şəkildə davam etdirilir....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən qanunsuz tikililər sökülüb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu