Geri

FHN-in Şimal-qərb Regional Mərkəzi “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzi və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev irsini öyrənirik” mövzusunda tədbir keçirilib.

Tədbirdə FHN-in Şimal-qərb Regional Mərkəzinin şəxsi heyəti və Yeni Azərbaycan Partıyası Qəbələ rayon təşkilatının rəhbər heyəti iştirak edib.

Dövlət Himninin səsləndirilməsi ilə başlanan toplantıda Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik-leytenant Elnur Məhərrəmov Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə müstəsna xidmətlərindən danışıb. Qeyd edib ki, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərən Ulu Öndərin gərgin əməyi və müdrik siyasəti nəticəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub. Ulu Öndərin şah əsəri olan müstəqil Azərbaycanın illərə sığmayan bir yüksəlişlə inkişaf etdiyini bildirən E.Məhərrəmov, ölkəmizin son 20 ildə qazandığı misilsiz nailiyyətlərin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasətinin, qətiyyətli liderliyinin nəticəsi olduğunu qürur hissilə dilə gətirib.

Yeni Azərbaycan Partiyası Qəbələ rayon təşkilatının sədri Abil Ağasəfov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsinin əhəmiyyətindən danışıb. Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən, Ulu Öndərin dövlət müstəqilliyinin qazanılması və qorunub saxlanılması, ordu quruculuğu, respublikamızın sosial-iqtisadi inkişafı və digər sahələrdə misilsiz fəaliyyətindən bəhs edib.

Tədbirdə çıxış edən digər natiqlər ümummilli lider Heydər Əliyev ideyalarında Vətən, xalq, millət sevgisi, azərbaycançılıq, Vətənə, dövlətə sədaqət hissinin mühüm yer tutduğunu, bu ideyaların qorunmasını hər bir Azərbaycan vətəndaşının mənəvi borcu olduğunu, həmçinin gələcək nəsillərin bu ruhda tərbiyə olunmasının ən vacib şərtlərdən biri olduğunu diqqətə çatdırıblar.

Çıxışlarda Ulu Öndərin müdrik siyasi kursunun mahir davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl, məqsədyönlü daxili və xarici siyasəti nəticəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunması, həmçinin bu gün bölgənin lider dövləti kimi beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutması, söz sahibi olması xüsusi qeyd edilib.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi obyekt mülki müdafiə məşqi keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən SOCAR-ın Karbamid zavodunda “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda nümunəvi obyekt mülki müdafiə məşqi keçirilib....

Ardını oxu

FHN tərəfindən “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda növbəti seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində “Texniki təhlükəsizlik bizim prioritetimizdir” mövzusunda seminar-müşavirə keçirilib. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi tərəfindən orta məktəbdə təlim keçirilib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Füzuli rayonunun Birinci Zobucuq qəsəbəsində yerləşən 26 nömrəli tam orta məktəbdə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi” mövzusunda təlim keçirilib. ...

Ardını oxu