Məlumatlar

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr  

FHN bayram günləri ilə əlaqədar attraksionlara nəzarəti gücləndirib
29 dekabr 2023-cü il

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir.

FHN-in dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir (video)
29 dekabr 2023-cü il

Xəbər verildiyi kimi, Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan azyaşlının Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışları aparılır.

FHN-in Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə müşavirələr keçirilib
29 dekabr 2023-cü il

Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin təşəbbüsü ilə Zaqatala və Qax Rayon İcra hakimiyyətlərində “2023-cü ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2024-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirələr keçirilib.

FHN Mətbuat xidmətinin məlumatı (video)
29 dekabr 2023-cü il

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
29 dekabr 2023-cü il

Fövqəladə Hallar Nazirliyi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.

“Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib
28 dekabr 2023-cü il

Dekabrın 28-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə” XI Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

FHN Mətbuat xidmətinin məlumatı (video)
28 dekabr 2023-cü il

 Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun kənarında yerləşən plastik qablar, məişət və taxta tullantılarının yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in dalğıcları su kanalında batması ehtimal olunan uşağın axtarışlarını davam etdirir (video)
27 dekabr 2023-cü il

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Boztəpə kanalının İmişli rayonunun Qaragüvəndikli kəndi ərazisindən keçən hissəsində 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış...

Gözlənilən güclü küləklə əlaqədar Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti
27 dekabr 2023-cü il

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün axşam saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib
27 dekabr 2023-cü il

Fövqəladə Hallar Nazirliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda tədbir keçirilib.

Ay:  yanvar   fevral   mart   aprel   may   iyun   iyul   avqust   sentyabr   oktyabr   noyabr   dekabr