Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti obyektdə yanğın təhlükəsini aradan qaldırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmətin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, 171 ünvanında yerləşən təkər təmiri sexində yanğın təhlükəsizliyi sahəsində nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, sözügedən müəssisədə işlənmiş avtomobil şinlərinin yaxınlıqdakı obyektlərin damı üzərinə yığılaraq yanğın təhlükəsi yaratdığı müəyyən edilib.

Göstərilən məsələ ilə bağlı obyekt sahibi ilə aparılan profilaktik söhbət zamanı təmir sexində yanğın təhlükəsizliyi qaydalarına dair tələblərin kobud şəkildə pozulduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, kiçik səhlənkarlıqdan, yaxud ehtiyatsızlıqdan təkər tullantılarında baş verə biləcək yanğın hadisəsi böyük faciə ilə nəticələnə bilər. Belə ki, ehtimal edilən yanğın genişlənərək müəssisənin yaxınlığında yerləşən fərdi yaşayış evlərinə və digər obyektlərə keçə, eyni zamanda təkər məmulatlarının yanması nəticəsində yaranan kəskin tüstülənmə ekologiyaya böyük ziyan vura bilər.

Görülən tədbirlər nəticəsində sahibkar tərəfindən təkər tullantıları ərazidən daşınaraq, yaranmış yanğın təhlükəsi aradan qaldırılıb.

Digər məlumatlar

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirinin yarımfinalına çıxıb

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan dövlət qurumları arasında keçirilən minifutbol turnirində Fövqəladə Hallar Nazirliyinin komandası daha bir uğura imza atıb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

  Ötən gün axşam saatlarında Taxtakörpü-Ceyranbatan su kanalının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində batmış və gecə saatlarında kanalın Ceyranbatan su anbarı ilə birləşən hissəsində aşkar olunmuş 1997-ci il təvəllüdlü Həsənov Zeynalabdin Hüseyn oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

 12 aprel 2024-cü il tarixində Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində batmış 2018-ci il təvəllüdlü Süleymanlı Səma Vaqif qızının meyiti çayın Zərdab rayonu, Qoruqbağı kəndinin ərazisindən keçən hissəsində, batdığı yerdən təqribən 3 km uzaqlıqda Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən......

Ardını oxu