Geri

FHN-in Şimal Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş tədbir keçirilib

FHN-in Şimal Regional Mərkəzinin akt zalında Nazirliyin regionda fəaliyyət göstərən qurumlarının nümayəndələrinin iştirakı ilə "Heydər Əliyev İli"nə həsr olunmuş "Əbədiyaşar lider - Heydər Əliyev" mövzusunda tədbir keçirilib.

Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, müstəqilliyimizin qorunub saxlanılmasında Ulu Öndərin misilsiz xidmətlərindən bəhs ediblər. Ümummilli Liderin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə daim xalqının taleyini düşündüyünü, respublikamızı tarixin ağır və sərt sınaqlarından uğurla çıxardığını qeyd edən natiqlər bildiriblər ki, Heydər Əliyev müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlayaraq Azərbaycanı tərəqqi və inkişaf yoluna çıxarıb, zəngin dövlətçilik təcrübəsi, qətiyyətli əzmi sayəsində ölkəmiz beynəlxalq münasibətlər məkanında layiqli yer tutub.

Çıxış edənlər Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın qısa müddətdə əsrə bərabər inkişaf və tərəqqi yolu keçdiyini, misli görünməyən sürətli inkişafa nail olduğunu iftixar hissi ilə dilə gətiriblər.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli daha bir obyektin fəaliyyətini dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu