Geri

FHN tərəfindən müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlara psixoloji yardım davam etdirilir

Xəbər verildiyi kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan müharibə iştirakçılarının, o cümlədən qazilərin, doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə yenidən Türkiyədən ölkəmizə gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq FHN-in mütəxəssisləri ilə birgə fəaliyyətlərini davam etdirirlər.

Belə ki, ötən müddət ərzində 1583 vətəndaşa, o cümlədən 259 uşağa 4072 seans psixoloji yardım göstərilib.

Xatırladaq ki, hazırda Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xaçmaz və Cəlilabad şəhərlərində ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli daha bir obyektin fəaliyyətini dayandırıb (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu