Geri

FHN-in Sumqayıt Regional Mərkəzi qərargah məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində FHN-in Baş əməliyyat idarəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib. 

Məşqin keçirilməsində əsas məqsəd əməliyyat şəraitinin daim nəzarətdə saxlanılması, baş verə biləcək fövqəladə hadisələr zamanı çevik və operativ qərarların qəbul olunması və əhalinin vaxtında xəbərdar edilməsi üzrə şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ərazidə fəaliyyət göstərən qurumların fəaliyyətinin koordinasiyasının daha da yaxşılaşdırılması olub.

Məşq zamanı Mərkəzin əhatə etdiyi ərazilərdə baş vermiş şərti fövqəladə hadisə nəticəsində yaranmış şərait, cəlb olunan qüvvə və vasitələr barədə qərargaha əməliyyat məlumatları çatdırılıb. Həmçinin, keçirilən məşqdə yanğınların söndürülməsi, xilasetmə işlərinin aparılması, əhalinin köçürülməsi, zərərçəkmiş insanların həyat təminatının bərpası və digər zəruri məsələlərlə bağlı simulyasiya xarakterli tədbirlər görülüb.

 

 

 

 

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Xızı rayonunda müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Subasma zamanı təhlükəli vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi” mövzusunda gecə təlimi keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu