Geri

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, baş vermiş yanğın hadisələrinin statistik təhlili göstərir ki, qeydiyyata alınan yanğınların bir hissəsi də kənd və qəsəbələrdə fərdi yaşayış evlərinin həyətyanı sahələrində yığılmış ot tayalarının payına düşür. Bu qəbildən olan yanğınların qarşısının alınması məqsədilə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən rayon icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri üzrə nümayəndələri və bələdiyyələrin iştirakı ilə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində mütəmadi olaraq maarifləndirmə tədbirlərinin görülməsinə baxmayaraq, vətəndaşlar tərəfindən tədarük edilən otun yaşayış evləri və yardımçı tikilililərin çardağına, eləcə də tikililərin bilavasitə yaxınlığına, hava elektrik xətlərinin altına yığılması hallarına tez-tez rast gəlinir. Bununla da yanğın təhlükəsizliyi qaydalarının tələbləri kobud şəkildə pozulur ki, nəticədə ağır fəsadlara səbəb olan yanğın hadisələri baş verir. Belə ki, sobaların tüstü bacasından çıxan ani qığılcım, elektrik naqillərində baş verən qısaqapanma, odla ehtiyatsız davranma və digər səbəblər tez alışma xassəsinə malik olan ot tayasının asanlıqla yanmasına gətirib çıxarır. 

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi ot tədarükü ilə məşğul olan vətəndaşlara müraciət edərək yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Xüsusilə nəzərə alınmalıdır ki, mövcud normalara əsasən, qaba yemlərin toplanması zamanı ot tayası ilə tikililər arasında ən azı 50 metr, elektrik xətlərində 15 metr, avtomobil yollarından isə 20 metr yanğına qarşı ara məsafələri gözlənilməlidir.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Xızı rayonunda müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin təşəbbüsü ilə Xızı Rayon Heydər Əliyev Mərkəzində “2022-ci ildə mülki müdafiə sahəsində görülmüş işlərin yekunları və 2023-cü ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi təlim keçirib

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Subasma zamanı təhlükəli vəziyyətdə qalan zərərçəkmişlərin xilas edilməsi və təxliyəsi” mövzusunda gecə təlimi keçirib....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir....

Ardını oxu