Geri

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xaçmaz rayonunda yanğın-taktiki təlim keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılğı və Şimal Regional Mərkəzinin iştirakı ilə Xaçmaz rayonunda yerləşən “Qafqaz konserv zavodu” MMC-də yanğın-taktiki təlim keçirilib.  

Təlimin keçirilməsində əsas məqsəd sənaye müəssisələrində yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub. 

Təlimə Dövlət Yanğından Mühafizə Xidməti Quba və Xaçmaz rayon Yanğından Mühafizə hissələrinin və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.

Təlim planına uyğun olaraq, zavodun inzibati binasında şərti baş vermiş yanğın zamanı “hadisə yerinə” operativ çatan yanğın-xilasetmə qüvvələri tərəfindən yuxarı mərtəbələrdə “köməksiz vəziyyətdə qalmış” insanlar təxliyə edilərək onlara “ilkin tibbi yardım” göstərilib və “yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb”.

Uğurla keçirilmiş təlimdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu