Geri

FHN Xaçmaz şəhərində seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işinin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin və Şimal Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Xaçmaz şəhər Tarix-Diyarşünaslıq Muzeyində “Fövqəladə hallar sahəsində mövcud problemlər, çatışmazlıqlar və onların həlli istiqamətində birgə fəaliyyətin səmərəliliyinin artırılması” mövzusunda seminar-müşavirə keçirilib.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin və rayonda fəaliyyət göstərən aidiyyəti idarə, müəssisə və təşkilatların, eyni zamanda bələdiyyələrin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan FHN-in Şimal Regional Mərkəzinin rəisi polkovnik Şahin Mirzəyev fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı informasiya mübadiləsinin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, bu sahədə görülən işlər, problemlər və onların həlli yolları barədə geniş məlumat verib.

Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu rayon ərazisində fövqaladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması zamanı aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin əhəmiyyətindən danışıb.

Seminar-müşavirədə çıxış edənlər təbii və texnogen xarakterli fövqəladə hallarla bağlı maarifləndirmə işinin vacibliyindən danışıb, fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətin əhəmiyyətini diqqətə çatdırıb və müvafiq təkliflər veriblər.

Tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, suallar cavabladırılıb.

 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasında keçirilən təlimdə iştirak ediblər

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Koreya Respublikasının Sejong şəhərində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) təşəbbüsü ilə “Təbii fəlakətlər üzrə erkən xəbərdarlıq sistemi” mövzusunda keçirilən təlimdə iştirak ediblər. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ehtiyaclarının təmin olunması üçün humanitar məqsədlə göndərilən ərzaq yükü ünvana çatdırılıb və avtomobil karvanı geri dönüb....

Ardını oxu