Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nazarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutu (AzDƏMTTETİ) və “TWI TURKEY MÜHENDİSLİK TİCARET LTD” şirkətinin Azərbaycan Nümayəndəliyi (TWI) arasında Anlaşma Memorandumu imzalanıb.
TWI şirkəti böyük iş təcrübəsinə malik dünya səviyyəli elmi-texniki müəssisədir. 1946-cı ildən fəaliyyətə başlayan şirkətin baş ofisi İngiltərənin Kembric şəhərində yerləşir. Burada sənayenin bütün sahələrini (neft-qaz, aerokosmik, tikinti, nəqliyyat, tibbi avadanlıqlar və s.) əhatə edən xidmətlər göstərilir. 80 illik beynəlxalq təcrübəyə əsaslanaraq, şirkət Dağıdıcı və Qeyri-Dağıdıcı testlər (DT & NDT), Qaynaq Texnologiyası, Sertifikatlaşdırma, Qaynaq Mühəndisliyi, Uyğunsuzluğun Araşdırılması, Boru xəttinin müayinəsi (AG/UG), Risk əsaslı Müayinə (RBI), Xidmət üçün uyğunluq (FFS) və Aktivin bütövlüyü (Aktivlərin bütövlüyünün idarə edilməsi), köhnəlmiş obyektlərin müayinəsi, mühəndis proqram təminatı və s. üzrə ixtisaslaşıb. Eyni zamanda, şirkətin beynəlxalq Təlim və Sertifikatlaşdırma Mərkəzi yerli mütəxəssislərin müasir tələblərə uyğun inkişaf etməsinə şərait yaradır.
AzDƏMTTETİ və TWI arasında imzalanan Anlaşma Memorandumunda əsas məqsədi iki qurum arasında sənaye ve dağ-mədən sahələrində texniki təhlükəsizliyin və əməyin mühafizəsinin təmin edilməsi üzrə elmi-texniki, metodiki xidmətlərin göstərilməsində, həmçinin texniki normativ hüquqi aktların və digər sənədlərin hazırlanması istiqamətlərində davamlı əməkdaşlığın qurulmasıdır.
Memorandum çərçivəsində TWI şirkəti AzDƏMTTETİ-nin fəaliyyət istiqamətləri üzrə birgə proqramların hazırlanmasında, beynəlxalq dəstək proqramlarında, eləcə də beynəlxalq təşkilatlarla əməkdaşlıq çağırışlarının reallaşdırılmasının təmin edilməsində AzDƏMTTETİ-yə dəstək göstərəcək. Bundan əlavə, tərəflər əməkdaşlığın inkişafına töhfə verə biləcək birgə konfrans və seminarların təşkili, kadr hazırlığı üçün təlim və mentorluq dəstəyinin təmin edilməsi üçün qarşılıqlı təcrübə mübadiləsini təmin edəcəklər.
Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” q aynar telefon xəttinə Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə güclü yağış səbəbindən suyun səviyyəsinin artması və ətraf ərazilərə təhlükə yaratması ilə əlaqədar məlumat daxil olub....
Ardını oxuFövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçaxur qəsəbəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub....
Ardını oxu