Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 82 yanğına çıxış və 3 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 3 nəfər xilas edilib, Xaçmaz rayonunda dənizdə nəzarətsiz ərazidə batan 1992-ci il təvəllüdlü Quliyev Namiq Eynulla oğlunun meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Həmçinin, Yuxarı Şirvan kanalının Göyçay rayonu, Şəhadət kəndi ərazisindən keçən hissəsində aşkar olunan naməlum kişi meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir. ...
Ardını oxuŞabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. ...
Ardını oxuAzərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 19 avqust 2022-ci il tarixdə Qəbələ şəhərində, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin binasında saat 11.00-dan Qəbələ və Oğuz rayonları sakinlərinin qəbulu keçiriləcəkdir. ...
Ardını oxu