Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti növbəti dəfə qəsdən yanğın törətmə faktının üstünü açıb (video, foto)

3 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı şəhəri, Tofiq İsmayılov küçəsində Natəvan Nəbi qızı Məmmədliyə məxsus köməkçi tikilidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

İlkin araşdırma zamanı hadisənin qəsdən törədildiyi müəyyən olunub. FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 1972-ci il təvəllüdlü Teymur Nəbi oğlu Nəsirov tərəfindən törədildiyi müəyyən edilib, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Xəbər verildiyi kimi, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin ehtimala görə......

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Fövqəladə Hallar Nazirliyinə Şabran rayonunun Xəlfələr kəndi və Qəbələ rayonunun Abrıx, Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidə yanğın olması barədə məlumat daxil olub... ...

Ardını oxu