Geri

Masallı rayonunda baş vermiş meşə yanğınının qəsdən törədilməsi ehtimalı böyükdür (video, foto)

Məlum olduğu kimi, 28 avqust 2022-ci il tarixində Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 5-ci dolayında yanğın baş verib və FHN-in müvafiq qüvvələri hadisə yerinə cəlb edilərək yanğın söndürülüb.

Eyni zamanda, yanğının başvermə səbəblərinin araşdırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin peşəkar əməkdaşları hadisə yerində olublar. İlkin araşdırma zamanı yanğın baş vermiş ərazinin müxtəlif yerlərində yanğın ocaqlarının mənbələri diqqəti cəlb edib, bu mənbələrdə ocaq qalanması və ərazinin müxtəlif yerlərində yanmış ağac kötükləri aşkar olunub. Aşkar edilmiş faktlar hadisənin qəsdən törədilməsi ehtimalına ciddi əsaslar yaradıb.

Qeyd olunanları nəzərə alaraq, hadisənin daha dərindən araşdırılması və yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə yanğın baş vermiş ərazidən götürülmüş nümunələrin ekspertizaya təqdim edilərək müvafiq qurumlara göndərilməsi qərara alınıb.

Digər məlumatlar

Prezident İlham Əliyev yeni alınmış xüsusi təyinatlı texnikalar və təcili tibbi yardım avtomobilləri ilə tanış olub (YENİLƏNİB)

Dekabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən alınmış və işğaldan azad olunmuş ərazilərdə istifadə ediləcək xüsusi təyinatlı texnikalar və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə komanda-qərargah təlimi keçirilib

6-8 dekabr 2022-ci il tarixlərində Fövqəlаdə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə qoşunlarının qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda komanda-qərargah təlimi keçirilib....

Ardını oxu