Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti taxıl və meşə sahələrində silsilə maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti Şamaxı, Qəbələ, Göyçay, Goranboy, Yevlax, Göygöl, Ağstafa, Ağdaş və Astara rayonlarının ərazisində yerləşən taxıl və meşə sahələrində - açıq havada “Yay mövsümündə yanğın təhlükəsizliyi tədbirləri” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

Maarifləndirmə tədbirlərində sözügedən rayonların aidiyyəti qurumlarının nümayəndələri, sahibkarlar və meşə təsərrüfatı mərkəzlərinin əməkdaşları iştirak ediblər.

Tədbirlərdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi tədbirləri ilə yanaşı, dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanması və emalı dövründə yanğın təhlükəsizliyi qaydalarına əməl olunması, o cümlədən meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Eyni zamanda, kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılmasına dair tələblər diqqətə çatdırılıb.

Tədbirlərdə, həmçinin meşə sahələrində yanğın təhlükəsizliyinə dair tələblər barədə məlumat verilib. Eyni zamanda, meşələrin və meşəətrafı ərazilərin, yüksək gərginlikli hava elektrik xətlərinin təhlükəsizlik dəhlizlərinin quru ot, kol-kos, qurumuş ağaclardan təmizlənməsinin, yanğınsöndürən maşınların sərbəst hərəkət etməsi üçün yolların genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, göstərilən mövzularda silsilə tədbirlər digər rayonlarda da keçirilir.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu