Geri

FHN Mətbuat xidmətinin məlumatı

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir. Hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub. 

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. 

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti birgə taktiki-xüsusi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti Lənkəran şəhərində birgə taktiki-xüsusi təlim keçirib. Təlimdə FHN-in Baş əməliyyat idarəsi, Cənub Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 12 şəhər və rayon bölmələrinin rəhbərləri və könüllüləri iştirak ediblər....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında 1 nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. ...

Ardını oxu