Geri

FHN Mətbuat xidmətinin məlumatı (video)

Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır. Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir.

Əlavə məlumat veriləcək.

 

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi qərargah məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində FHN-in Baş əməliyyat idarəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib.  ...

Ardını oxu

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi növbəti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu