Geri

FHN Mətbuat xidmətinin məlumatı

Xəbər verildiyi kimi, Şabran rayonu Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. İlkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Digər məlumatlar

FHN-in Sumqayıt Regional Mərkəzi qərargah məşqi keçirib

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində FHN-in Baş əməliyyat idarəsinin əməkdaşlarının iştirakı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Regional Mərkəzin fəaliyyətinin təşkili” mövzusunda qərargah məşqi keçirilib.  ...

Ardını oxu

FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi növbəti seminar-müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin təşkilatçılığı ilə Qəbələ şəhərində “Əməyin təhlükəsizliyi - iş prosesində işçilərin həyatını və sağlamlığını qoruyan sistemdir” mövzusunda seminar-müşavirə keçirilib....

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə növbəti dəfə müraciət edib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. ...

Ardını oxu