Geri

FHN Xüsusi Riskli Xilasetmə Xidməti və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı“ QSC-nin birgə məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Limanı Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində növbəti birgə təlimi uğurla icra edib.

Əsas məqsədi fövqəladə halların təsirini minimuma endirərək, fəsadlarının operativ formada aradan qaldırılması və Liman əməkdaşlarının bu istiqamətdə təcrübəsinin, peşəkarlığının artırılması olan təlimdə bir neçə ssenari üzrə fəaliyyət planı icra edilib.

Təlim çərçivəsində Liman əməkdaşları tərəfindən aşkarlanan “şübhəli çanta” barədə məlumat verilib və “partlayıcı qurğu” müəyyən edilərək “zərərsizləşdirilib”. Eyni zamanda uçqun altında qalmış “zərərçəkmişlərin” kinoloji axtarış qrupu tərəfindən aşkar edilərək xilas edilməsi, hündür ərazidə və kranda köməksiz vəziyyətdə qalmış şərti zərərçəkmişlərin xüsusi üsulların tətbiqi ilə təxliyə edilməsi, gəmidə baş vermiş şərti fövqəladə hal səbəbi ilə suya düşən və “batmaq təhlükəsi” ilə üzləşən şəxslərin xilas edilməsi, eyni zamanda “kimyəvi zəhərlənmiş ərazidə sanitar-təmizləmə əməliyyatlarının” icrası tapşırıqları həyata keçirilib.

Təlim zamanı liman heyətinin hadisələrə reaksiyası və ardıcıllığı, birgə işləmək bacarığı FHN-in mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib və müvafiq tövsiyələr verilib.

Sonda xilasetmə əməliyyatlarında istifadə edilən alət və avadanlıqlar barədə Liman əməkdaşlarına geniş məlumat verilib və fövqəladə hallar zamanı birgə işin daha peşəkar səviyyədə qurulması üçün müzakirələr aparılıb. Belə təlimlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.

Digər məlumatlar

FHN-in Muğan Regional Mərkəzi təlim keçirib (video, foto)

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video)

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. ...

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. ...

Ardını oxu