Geri

FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsi Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şimal-qərb regionunda yerləşən yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri həyata keçirib

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki, Qobustan, Balakən, Zaqatala, Qax, Oguz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı şəhər və rayonlarının yanğından mühafizə hissə və bölmələrində baxış tədbirləri həyata keçirilib.

Baxış zamanı hissə və bölmələrdə fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələbərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığının vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, xilasetmə işinin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, texniki təhlükəsizlik qaydalarına riayət olunması və bu kimi digər sahələr diqqət mərkəzində olub.

Baxış zamanı zərurət yarandığı hallarda əməli köməklik göstərilib, həmçinin aşkar olunmuş nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

 

Digər məlumatlar

FHN Mətbuat xidmətinin məlumatı (video)

Məlumat verildiyi kimi, Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində yerləşən onyeddimərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb....

Ardını oxu

FHN Mətbuat xidmətinin məlumatı (video, foto)

Məlumat verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilib

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib. ...

Ardını oxu